Böyük Qayıdış Proqramı çərçivəsində məcburi köçkünlər mərhələ ilə onlar üçün işğaldan azad edilən ərazilərdə salınan yaşayış evlərinə qayıdır. Cəbrayıl rayonundan olan qaçqın və məcburi köçkünlər də həsrətlə rayona qayıdacaqları günü gözləyənlərdəndir.
Bu gün sosial mediada Cəbrayılda aparılam tikinti işlərinin fotosu yayılıb. Məlumata görə bu il Cəbrayıl şəhərinə köç olacaq, hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir. 4-5 mərtəbədən ibarət olan bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.
Azadmedia.az xəbər verir ki, yayılan fotolar izləyicilər tərəfindən narazılıqla qarşılanıb. Zövqsüz, hərəsi bir tərəfə baxan binalar bir-birinə çox yaxın tikilib.
Minlərlə oğulların canı, qanı bahasına azad edilən torpaqlarda başdansovdu iş görmək olmaz.
Mövzuya qayıdacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.