Millət vəkili Məşhur Məmmədov Masallıda din xadimləri ilə görüşdü.
Azadmedia.az xəbər verir ki, bu barədə deputat rəsmi facebook səhifəsində məlumat verib. Masallıda görüşlərinin davam ediyini yazan M.Məmmədov həmkarı Anar İsgəndərovla ağsaqqallar və din xadimləri ilə görüş keçirib.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazisi Ağarəşid Talıbov və rayonun digər din xadimləri iştirak edirdi. Dinin insanların həyatında rolundan söhbət açdıq. İnsanların düzgün həyat tərzi keçirməsi üçün dini təbliğatın düzgün istiqamətləndirilməsi, cəhalətin yolverilməz olduğu əsas söhbət mövzusu olub.
Məşhur müəllim qeyd edib ki, söhbət əsnansında Prezident seçkilərindən də söz açəlıb. Din xadimləri cənab İlham Əliyevin dini abidələrə, din xadimlərinə göstərdiyi diqqəti önə çəkdilər və bildiriblər ki, 7 fevral prezident seçkilərində onların seçimi İlham Əliyev olacaq.
Millət vəkilinin Masallıda seçicilərlə qəbulları və görüşləri davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.