AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sədr müavini: “Şərəfli və qürurlu tarixi günlər yaşayırıq”

  • + A
  • - A
  • 2-02-2024, 10:58

    Sədr müavini: “Şərəfli və qürurlu tarixi günlər yaşayırıq”

    “Azərbaycan xalqı müdrik və xilaskar liderə səs verəcək”. AzadMedia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şabran rayonunda keçirilmiş və 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə həsr olunmuş tədbirdə səsləndirib.
    Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovla yanaşı, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, Şabran Rayon Ağsaqqallar Şurasının sədri Bəhlul Abbasov, İdarə Heyətinin üzvü Ağaşirin Bağırzadə, habelə nüfuzlu rayon ağsaqqalları, ziyalıları, din xadimləri, gənclər, o cümlədən idarə və müəssisələrin, YAP və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
    Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov tədbir iştirakçılarını Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və öz adından salamlayaraq bildirib ki, bugünkü geniş toplantı xalqımız üçün çox əhəmiyyətli olan bir mövzuya həsr edilib. Hazırda Azərbaycanın öz tarixinin ən güclü dövrünü yaşadığını vurğulayan natiq əlavə edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, qalib xalqın qalib Lideri, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 illik rəhbərliyi zamanı ölkəmizi siyasi, iqtisadi, həmçinin hərbi cəhətdən qüdrətli bir dövlətə çevirib. Müdrik lider, böyük strateq, qalib sərkərdə cənab İlham Əliyevin başçılığı altında rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində və 24 saatdan da az davam edən antiterror əməliyyatları nəticəsində Qarabağın və düşmən tapdağı altında olan torpaqlarımızın 30 illik işğalına son qoydu. Bütün bunların nəticəsidir ki, bu gün biz şərəfli və qürurlu tarixi günlər yaşayırıq. Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərindən ətraflı bəhs edən Tahir Süleymanov vurğulayıb ki, bu seçkilər həm də tariximizə “Zəfər seçkisi” kimi yazılacaq və bütün Azərbaycanı, doğma Qarabağımızı, işğaldan azad olunmuş ərazilərimizi əhatə edəcəkdir. Natiq, həmçinin, əmin olduğunu bildirib ki, hazırda təbliğat-təşviqat kampaniyasında yaxından iştirak edən Azərbaycan ağsaqqalları, o cümlədən hər zaman dövlətimizin yanında olan Şabran rayonunun əhalisi qalib ölkənin seçiciləri kimi hamılıqla seçkilərdə iştirak edəcəklər və ümumiyyətlə, bütün xalqımız daha qüdrətli Azərbaycan naminə qalib, müdrik və xilaskar Liderə - cənab İlham Əliyevə səs verəcəkdir.
    Xəlil Xəlilov



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR