İsraildə ilk dəfə ərəb partiyası koalisiyalı kökumətdə təmsil olunacaq.
“Anadolu” agentliyi xəbər verir ki, bu barədə “Ra’am” lideri Mənsur Abbas İsrail İctimai Yayım Korporasiyasına (KAN) müsahibəsində deyib:
“Çətin bir qərar verildi. Bir çox müzakirələr var, amma hökumət qurmağın yaxşı bir fürsət olduğuna inanırıq”.
UAL-ın (Birləşmiş Ərəb Siyahısı) da təmsil olunduğu koalisiya hökuməti 8 partiyadan ibarət olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.