AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin Rəisi ilə Əfqanıstandakı vəziyyəti müzakirə ETDİ

  • + A
  • - A
  • 18-08-2021, 20:40

    Putin Rəisi ilə Əfqanıstandakı vəziyyəti müzakirə ETDİ


    Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti İbrahim Rəisi arasında telefon söhbəti olub.

    AzadMedia.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.

    Məlumatda deyilir ki, hər iki ölkə rəhbəri Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına kömək etməyə hazır olduqlarını bəyan ediblər.

    Bundan əlavə, Putin və Rəisi İran nüvə razılaşmasının həyata keçirilməsinin bərpası perspektivlərini müzakirə ediblər və şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.

    "Hər iki tərəf Rusiya-İran əlaqələrinin hazırkı səviyyəsindən məmnun olduqlarını ifadə edərək, çoxşaxəli qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin tərəfdarı olduqlarını qeyd ediblər. Bu kontekstdə ticarət və böyük ortaq layihələrin həyata keçirilməsi, koronavirusa qarşı mübarizə məsələləri müzakirə olunub", - məlumatda vurğulanır.

    Bundan əlavə, Rusiya Prezidenti Vladimir Putin tacikistanlı həmkarı İmaməli Rahmonla da bu gün telefonla danışıb və söhbət zamanı daha çox Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR