Rusiya Prezidenti Vladimir Putin MDB ölkələrinin liderlərini 2024-cü il oktyabrın 8-də keçirilməsi planlaşdırılan MDB sammitinə dəvət edib.
AzadMedia.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Birlikdə sədrliyinin gərgin proqramına ümumilikdə 150-yə yaxın müxtəlif tədbir daxildir.
"Əsas olan, əlbəttə ki, 2024-cü il oktyabrın 8-də Moskvada keçirməyi planlaşdırdığımız növbəti MDB sammiti olacaq. Və təbii ki, fürsətdən istifadə edərək, hamınızı burada iştirak etməyə dəvət etmək istərdim”, - deyə o, MDB-nin geniş tərkibdə keçirilən sammitində bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.