ABŞ prezidenti Co Bayden dünyada qeyri-sabit geosiyasi vəziyyətə və yaxınlaşan üçüncü dünya müharibəsinə görə məsuliyyət daşıyır.
Bu barədə ABŞ Konqresinin aşağı palatasının üzvü Marcori Teylor Qrin “X” platformasındakı (keçmiş “Twitter”) hesabında yazıb.
Respublikaçı deputat qeyd edib ki, indiki administrasiya Rusiyaya qarşı “proksi müharibəsi”nə milyardlarla dollar xərcləyib. Üstəlik, bu vəsaitlər ABŞ vergi ödəyicilərinə məxsusdur.
“Bayden administrasiyası öz siyasəti ilə bütün dünyada qeyri-sabitlik yaradıb və bizi üçüncü dünya müharibəsinə yaxınlaşdırır”, - parlamentari vurğulayıb.
Qrin əlavə edib ki, Ağ Evin qərarları səbəbindən ölkədə milli təhlükəsizlik böhranı başlayıb. Bununla yanaşı, ABŞ iqtisadi böhranın astanasındadır.
Nümayəndələr Palatasının üzvünün fikrincə, ölkə hökumətindəki korrupsiyaya dair külli miqdarda sübutlar var. Söhbət ilk növbədə prezidentin özündən və onun qohumlarından gedir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.