ABŞ-da pilot uçuş zamanı təyyarənin mühərriklərini söndürdüyünə görə həbs edilib. Azadmedia.az xəbər verir ki, bu barədə ABC News yazır. Laynerin göyərtəsində 80 sərnişin olub.
KİV-in məlumatına görə, kabinədə sərnişin kimi geri dönüş reysi ilə uçan Horizon Air şirkətinin pilotu səmada təyyarənin mühərriklərini söndürüb. O, ekipaj üzvləri tərəfindən zərərsizləşdirilib, daha sonra polis tərəfindən həbs edilib.
Kişi 83 maddə ilə ittiham olunub. Aviaşirkətdən verilən açıqlamada pilotların hadisəyə operativ reaksiya verdiyi və təyyarənin gücünü itirməsinin qarşısı alınaraq, uçuşun təhlükəsiz davam etdirilməsinə şərait yaradılıb.
Həbs edilən pilotun özü hələlik hərəkətlərini izah etməyib, hadisə ilə bağlı istintaq davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.