Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində çalışan şəxslər üçün iş yerlərində əməyin mühafizəsi üzrə maarifləndirici təlim təşkil olunub.
Təlim “İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik, iş yerlərinin attestasiyası və işçilərin bədbəxt hadisələrdən icbari sığortası” mövzusuna həsr edilib.
Tədbir Əməyin Mühafizəsi Mərkəzinin Naxçıvan filialı və Naxçıvan Muxtar Respublikası Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilib.
Təlimdə bir müəssisədən 28 nümayəndə iştirak edib. Təlimçilər təqdimatlarla çıxış edərək əməyin mühafizəsi, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, müəssisələrdə müvafiq norma və qaydaların tətbiqi, eləcə də yeni qəbul edilmiş standartlar barədə ətraflı məlumat veriblər.
Bununla yanaşı, Əməyin Mühafizəsi Mərkəzinin fəaliyyət istiqamətləri iştirakçılara təqdim olunub. Tədbirin sonunda suallar cavablandırılıb, iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.