AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rayonlara qar yağır - FAKTİKİ HAVA

  • + A
  • - A
  • 8-12-2025, 09:34

    Rayonlara qar yağır - FAKTİKİ HAVA

    Dekabrın 8-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti davam edir.

    Bəzi yerlərdə intensiv xarakterlidir. Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa isə qar yağır.

    Düşən yağıntının miqdarı Lənkaranda 21, Sədərəkdə 18, Astarada 15, Ağdamda 14, Zərdab, Şərur, Sabirabad, Kürdəmirdə 12, Şəki, İmişlidə 10, Şahbuz, Qubada 9, Qax (Sarıbaş), Zaqatala, Naxçıvan, Beylaqan, Gəncədə 8, Mingəçevir, Yevlax, Şəmkir, Naftalan, Balakən, Oğuz, Bərdə, Tərtərdə 7, Şirvan, Ordubad, Gədəbəy, Tovuz, Qəbələ, Neftçalada 6, Ağstafada 5, Cəbrayıl, Biləsuvar, Culfa, Goranboy, Ceyrançöl, Daşkəsən, Göyçay, Qusar, Lerik, İsmayıllı, Yardımlı, Şabran, Şamaxı, Xızı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Xaçmaz, Qobustanda 4, Bakıda və Abşeron yarımadasında isə1 mm-dir.

    Şərur, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qax, Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Mingəçevir, Qusar, Xızı , Oğuz, Qobustan, Quba, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

    Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin dekabrın 11-i səhərədək davam edəcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR