AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik I oxunuşda qəbul edilib

  • + A
  • - A
  • 5-08-2020, 16:17

    İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişiklik I oxunuşda qəbul edilib

    Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

    AzadMedia.az xəbər verir ki, dəyişikliyə əsasən, Fondun gəlir və xərcləri artırılır. Sənəddə qeyd edilib ki, 2020-ci il üçün İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri və xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiqlənib. Qanun layihəsinə təklif olunan dəyişiklikdə isə qeyd edilib ki, fondun gəlirləri də, xərcləri də 151 milyon 235 min 400 manat məbləğində təsdiq edilsin. Bundan başqa, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 5 milyon manatdan 10 milyon manata qaldırılması təklif edilir. Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR