AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hansı liderə daha çox etimad olunur: Putin yoxsa Tramp?

  • + A
  • - A
  • 16-09-2020, 17:08

    Vaşinqtonun “Pew Research Center” müstəqil araşdırma mərkəzi dünya liderlərinə olan etimad səviyyəsi barədə tədqiqat keçirib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Sorğuda Kanada, İtaliya, Britaniya, Yaponiya, İspaniya, Fransa, Almaniya, həmçinin Belçika, Danimarka, Avstraliya, Niderland, Cənubi Koreya və İsveç iştirak edib.


    Donald Tramp və Putinə etimadla bağlı sualla yanaşı, həmçinin araşdırmada Almaniya, Britaniya, Çin və Fransa liderlərinin də etimad səviyyəsi tədqiq edilib.

    Sorğu göstərib ki, 13 ölkənin əhalisi Putinə (23 faiz) Trampdan (16) daha çox güvənir.

    Beləliklə, ABŞ Prezidenti siyahıda sonuncu olub. Çin lideri 19 faizlik göstərici ilə onu qabaqlayıb.

    Etimad səviyyəsinə görə ilk pilləni Almaniya kansleri Angela Merkel (76 faiz) tutub. Növbəti yerlərdə Fransa lideri Emmanuel Makron (64 faiz) və Böyük Britaniyanın Baş naziri Boris Conson (48 faiz) qərarlaşıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR