AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır

  • + A
  • - A
  • 28-10-2020, 12:44



    “Azəri” Yeni Yelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün plakatlar asılıb.

    Belə ki, şəhərin mərkəzində yerləşən binalardan asılan plakatlarda böyük hərflərlə “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son!” şüarları yazılıb.

    Qeyd edək ki, plakatlardan biri Vellinqton şəhərinin mərkəzində əhalinin çoxluq təşkil etdiyi Kuba küçəsində, digəri isə ölkə rəsmilərinin daha çox istifadə etdiyi və Parlamentə gedən yolun kənarındakı (190 Thorndon Quay Pipitea ünvanı) binadan asılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR