AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Baydenə məktub yazıb

  • + A
  • - A
  • 20-01-2021, 20:53


    Bir neçə saatdan sonra ABŞ Prezidenti kimi səlahiyyətləri başa çatacaq Donald Tramp ənənəyə uyğun olaraq dövlət başçısı postunda onu əvəzləyəcək Cozef Baydenə məktub yazıb.

    Bu barədə “CNN” telekompaniyası Ağ Evdəki mənbələrinə istinadən xəbər verib.

    Ehtimala görə, 45-ci Prezident yazdığı kiçik məktubu Oval kabinetdəki iş masasının yuxarı yeşiyinə qoyub. Məktubun məzmunu hələlik məlum deyil. Trampın xanımı Melaniya isə öz növbəsində gələcək birinci xanım Cill Baydenə “qısa salamlama məktubu” yazıb.

    Qeyd edək ki, Trampla xanımı Baydenin inauqurasiyasını gözləmədən səhər saatlarında Ağ Evi tərk edərək Floridaya yollanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR