AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın ötənilki HƏRBİ XƏRCLƏRİ bu qədər olub

  • + A
  • - A
  • 24-05-2021, 13:43


    2020-ci ildə Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsi xərclərinin 16,8%-i həcmində və ya 4 milyard 425,4 milyon manat vəsait ayrılıb.

    AzadMedia.az xəbər verir ki, barədə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

    Qanun layihəsinə əsasən, bu, 2019-cu illə müqayisədə 1 milyard 63,8 milyon manat və ya 31,6% çoxdur.

    Müdafiə qüvvələrinə 1 milyard 627 milyon 553 min 480 manat, milli təhlükəsizliyə 240 milyon 668 min 725 manat, sərhəd xidmətinə 278 milyon 792 min 577 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 3 milyon 704 min 889 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlərə 1 milyard 604 milyon 370 min 767 manat sərf olunub.

    2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan isə xüsusi müdafiə təyinatlı layihələrin maliyyələşdirilməsi üçün 139 milyon manat ayrılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR