Erməni əsilli jurnalist və idman şərhçisi Nobel Arustamyan Azərbaycanda keçiriləcək “AVRO-2020” matçlarında işləmək üçün akkreditasiya almayıb. O, futbol oyununu şərh etmək üçün Bakıya gələ bilməyəcək.
AzadMedia.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə diplomatik mənbədən məlumat daxil olub.
“Arustamyan Bakıdakı oyunlar üçün akkreditasiya almadı. O, Azərbaycana gələ bilməyəcək", - məlumatda vurğulanıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi sözçüsü Mariya Zaxarova və “Matç” TV-nin baş prodüseri Tina Kandelaki problemin UEFA-nın dəstəyi ilə həll olunduğunu və Arustamyanın sonda akkreditə olunduğunu elan etdilər.
Qeyd edək ki, Nobel Arustamyanın ötən illər ərzində dəfələrlə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib və həmin səfərlər zamanı Azərbaycanın müvafiq strukturlarından icazə almayıb. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib.
10:58
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova futbol şərhçi Nobel Arustamyanın Bakıda keçiriləcək AVRO-2020 matçlarını işıqlandırması üçün qeydiyyata alındığını açıqlayıb.
Unikal.org xəbər verir ki, bu barədə Zaxarova “Facebook” hesabında yazıb.
XİN rəsmisi buna görə UEFA-ya təşəkkür edib.
Qeyd edək ki, Rusiyanın “Matç tv” kanalı şərhçi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. Buna səbəb kimi Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.