AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AzTU-da yeni TƏYİNAT - FOTO

  • + A
  • - A
  • 16-07-2021, 16:52


    Azərbaycan Texniki Universitetində (AzTU) kadr islahatı olub.

    AzadMedia.Az-ın məlumatına görə, təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rəşad Kazımov universitetin maliyyə-təsərrüfat işləri üzrə prorektor vəzifəsinə təyin olunub.

    Qeyd edək ki, Rəşad Kazımov 1993-1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə dünya siyasi prosesləri və beynəlxalq əlaqələr nəzəriyyəsi ixtisasi üzrə magistr pilləsini bitirib.

    2003-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasında təhsil alıb. İqtisad üzrə fəlsəfə doktorudur. Rəşad Kazımov hazırkı təyinatına kimi AzTU-nun “İqtisadiyyat və təminat” şöbəsinin müdiri vəzifəsində işləyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR