Bu ölkə Belarusla sərhəddə fövqəladə rejimi uzatdı
Latviya Belarusla sərhədində davam edən miqrasiya böhranı ilə əlaqədar olaraq sərhəd bölgəsində fövqəladə rejimin 10 fevral 2022-ci il tarixinə qədər uzadılmasına qərar verib.
Azadmedia.az xəbər verir ki, 18 oktyabr bazar ertəsi günü sərhədçilər Belarusdan sərhədi qanunsuz keçmək üçün edilən 15 cəhdin qarşısını alıblar.
Fövqəladə rejimin tətbiqindən bəri üçüncü ölkədən dövlətin ərazisinə girməyə çalışan 402 immiqrant sərhəddə saxlanılıb.
Daha əvvəl fövqəladə vəziyyət 11 avqustdan 10 noyabra qədər müəyyən edilmişdi.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR