AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Şamil Ayrım - “Qarabağ Zəfərindən sonra imzalanan Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı dostluğu müttəfiqlik səviyyəsinə çatdırdı” - Müsahibə

  • + A
  • - A
  • 9-11-2021, 08:12


    Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri, AK Parti İstanbul millət vəkili Şamil Ayrım Zəfər Günü münasibətilə xalqımıza öz təbriklərini çatdırıb. Qeyd edib ki, bugün Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, Türkiyədə də həmin Türkiyə deyil. Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün bir nümunədir. Millət vəkili bu sözləri İstanbulda Azadmedia.az-a açıqlamasında bildirib.

    Millət vəkili - “Təbii ki, mən kökü Azərbaycana bağlı olan, uşaqlığımdan bəri Azərbaycan sevgisi, Azərbaycanın müstəqilliyi, oradakı qohumlarımızın həsrəti ilə böyümüş bir Millət vəkiliyəm. Beləliklə, bu gün biz hamımız çox xoşbəxtik. Ona görə ki, Azərbaycan ilk dəfə olaraq öz ərazi bütövlüyünü əldə edərək Vətən bayramını qeyd edir.” – deyə qeyd edib.

    “Bilirsiniz, ötən il noyabrın 8-də Şuşa düşman işğalından azad edildi. Azərbaycanın, Qarabağın və Qafqazın mədəniyyət mərkəzi olan doğma Şuşa.
    Təbii ki, Şuşanın alınması düşmənin belini qırdı və bu, Zəfər günü olaraq elan edildi. Keçən il Azərbaycanda Zəfər Gününü Prezidentimizlə birlikdə qeyd etdik. Bu ili də Türkiyədə müxtəlif tədbirlərlə böyük sevinc hissi ilə qeyd edirik. Biz çox xoşbəxtik.” – deyə Ş.Ayrım qeyd edib.

    Millət vəkili sözlərinə belə davam edib – “Vətən torpaqları uğrunda bədəl ödənilib. Canlar verilib. 2900-ə yaxın canımızı qurban verdik. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Bəli, yaralılarımız var, qazilərimiz var. Onlara da şəfa diləyir, can sağlığı və uğurlar arzulayırıq.
    Biz bunu heç vaxt unutmuruq və biz bu coğrafiyada qan tökülməsini istəmirik. Bu tarixdən sonra sülh olsun, dostluq və qardaşlıq olsun deyirik.”

    Dostluq Grupu Başqanı – “Cənab Prezident Əliyevin ifadə etdiyi kimi, “Dostluq və sülhün yolu Zəngəzur dəhlizindən keçir”. Bəli, Şuşa bəyannaməsi Türkiyə ilə Azərbaycan arasındakı dostluğu müttəfiqlik səviyyəsinə çatdırdı. Bu nə deməkdir?
    Beynəlxalq qaydalar çərçivəsində Türkiyə və ya Azərbaycana hər hansı bir hücum olarsa, hər iki dövlət tarixi həyəcan və qardaşlıq duyğuları ilə birlikdə dimdik bir-birinin yanında olacaqdır.” – deyib.

    O sözlərini cənab Prezident Erdoğanın bu cümləsi ilə yekunlaşdırıb - “Azərbaycanın gücü bizim gücümüz, bizim gücümüz Azərbaycanın gücüdür. Azərbaycanın sərvəti bizim sərvətimiz, bizim sərvətimiz Azərbaycanın sərvətidir!”

    Ülkər Piriyeva - İstanbul


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR