AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda turist avtobusu qəzaya düşüb, yaralılar var

  • + A
  • - A
  • 25-06-2022, 18:37

    Gürcüstanda turist avtobusu qəzaya düşüb, yaralılar var


    Gürcüstanın Kaxeti bölgəsində turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.

    AzadMedia.az gürcü mətbuatına istinadən xəbər verir ki, nəqliyyat vasitəsi Bakurtsixe-Tbilisi yolunda minik avtomobili ilə toqquşub.

    Nəticədə mikroavtobusda olan 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların 9-u xarici turist, biri sürücü, digəri isə bələdçidir.

    Yaralılar xəstəxanaya çatdırılıb. İki turistin vəziyyəti nisbətən ağır qiymətləndirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR