Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Quliyev vəzifəsindən ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o öz feysbuk səhifəsinə yazıb.
Elməddin Quliyev vəzifəsindən ayrılmasını səhhətində yaranan müvəqqəti narahatlıqlarla əlaqələndirib: “Hazırda lazımı proseduralar qəbul edirəm”.
Qeyd edək ki, Elməddin Quliyev ötən ilin mayında bu vəzifəyə təyin olunmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.