AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Beynəlxalq Qızıl Xaç Komitəsindən Qəzza ilə bağlı Açıqlama

  • + A
  • - A
  • 13-10-2023, 14:30

    Beynəlxalq Qızıl Xaç Komitəsindən Qəzza ilə bağlı


    Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qəzzada yaşayan 2 milyondan çox insanın əsas ehtiyaclar, su və elektrik enerjisindən məhrum olduğunu bildirib.

    BQXK-nın "X" sosial media platformasında edilən paylaşımda İsrailin intensiv hücumlarının davam etdiyi Qəzzada son vəziyyətlə bağlı məlumat verilib.

    Paylaşımda "Qəzzada yüz minlərlə insanın yatmağa yeri yoxdur. Qəzzada 2 milyondan çox insan əsas ehtiyaclardan, su və elektrik enerjisindən məhrumdur. Təcili yardım maşınları yaralılara çata bilmir. Mülki insanların silahlı toqquşmaların təsirindən qorunması vacibdir" deyilib.

    Qeyd edək ki, İsrail oktyabrın 8-də blokadada olan Qəzzaya su, elektrik, qida və digər əsas xidmətləri kəsmək qərarına gəlib.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus da Qəzzaya tibbi xidmət göstərmək üçün humanitar dəhlizə ehtiyac duyduqlarını bildirib.

    Qebreyesus Fransanın Lion şəhərində verdiyi açıqlamada bu dəhlizin Qəzzada mülki vətəndaşların qorunması və dəstəklənməsi baxımından əhəmiyyətli bir funksiyası olacağına da işarə edərək, "Onların qida, tibbi xidmət və ləvazimatlara ehtiyacı var" deyib.

    Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatı (BMT) blokada altındakı Qəzza zolağında didərgin düşən fələstinlilərin sayının son 24 saatda 30 faiz artaraq 338 mini keçdiyini açıqlayıb.

    BMT baş katibinin sözçüsü Stefan Dujarrik bildirib ki, Qəzza zolağında Fələstin Qaçqınlarına Yardım Agentliyinə (UNRWA) aid 92 məktəbə təxminən 218 min köçkün fələstinli yerləşdirilib.

    Dujarrik bildirib ki, İsrail ordusunun hava hücumları nəticəsində Qəzzada 2500 yaşayış məntəqəsi yararsız hala düşüb və ən azı 88 təhsil obyekti vurulub. TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR