Mən Fələstin xalqını bütün şəhərlərdə küçələrə çıxmağa çağırıram. Mən ərəb və islam ölkələrinin bütün xalqlarını indi çıxıb bu qətliamı, qəddarlığı, cinayətləri pisləməyə çağırıram. Azadmedia.az xəbər verir ki, bunu HƏMAS-ın rəhbəri İsmayıl Haniyə İsrailin Qəzza zolağında xəstəxana binasına raket zərbəsi endirməsinə reaksiya verərkən bildirib.
Belə ki, Haniyə hər kəsi paytaxtlara, şəhərlərə toplaşaraq İsrail hücumuna etiraz etməyə səsləyib.
Qeyd edək ki, Haniyə həmçinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası, Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatı, eləcə də digər hüquqi qurumları xəstəxanaya hücumu və dinc əhaliyə qarşı törədilən digər cinayətləri açıq şəkildə pisləməyə çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.