Serbiya və Çin arasında Azad ticarət haqqında razılıq əldə olunub. Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, sənəd Serbiya Prezidenti Aleksandar Vuçiçin Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşündə imzalanıb.
Belə ki, görüş çərçivəsində Serbiya ilə Çin arasında müxtəlif anlaşma memorandum və sazişlərə də imza atılıb.
Qeyd edək Aleksandar Vuçiç azad ticarət sazişinin iki ölkə arasında münasibətlərdə yeni perspektivlər açdığını deyib. Bildirib ki, “Bir kəmər, bir yol” təşəbbüsü ölkəsi üçün böyük faydalar gətirib, Serbiya-Çin əməkdaşlığında bütün sahələrdə irəliləyişə nail olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.