Ukrayna Avropa İttifaqından maliyyə yardımının 9-cu tranşını alıb. Azadmedia.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmiqal "X" hesabında bildirib. Belə ki, onun sözlərinə görə, Ukrayna Aİ-dən 1,5 milyard avro məbləğində maliyyə yardımı alıb. "Aİ-nin maliyyə dəstəyi bizim iqtisadi cəhətdən güclü olmağımıza kömək edən ən mühüm amillərdən biridir. Ümumilikdə, Aİ-nin 2023-cü ildə Ukraynaya büdcə dəstəyi artıq 15 milyard avro təşkil edir", Baş nazir deyib.
Qeyd edək ki, Ukrayna hökumət başçısı Avropa Komissiyasının rəhbərliyinə onun ölkəsi ilə göstərdiyi həmrəyliyə görə təşəkkür edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.