Avropa İnsanların İdarə Edilməsi Assosiasiyasının (EAPM - European Association for People Management) ilk qadın prezidenti türkiyəli Berna Öztınaz oldu.
Azadmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin İnsan İdarəetmə Dərnəyi – PERYÖN-ün Məsləhət Şurasının üzvü Berna Öztınaz dünyanın 34 ölkəsini təmsil edən Avropa İnsanların İdarə Olunması Dərnəkləri Assosiasiyası İdarə Heyətinin sədri seçilib.
Belə ki, PERYÖN-in verdiyi açıqlamaya görə, Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə ilk dəfə olaraq Türkiyədən bir ad EAPM-in prezidenti seçildi - Berna Öztınaz həm də qurumun ilk qadın rəhbəri oldu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.