Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik CHP-nin yeni sədri Özgür Özəlin Prezident Rəcəb Tayyib Erdoğana ünvanladığı sözlərə sərt reaksiya verib. Azadmedia.az xəbər verir ki, partiya sözçüsü bu barədə X hesabında yazıb.
Belə ki, “CHP-də nə dəyişsə də, Yassıada mentaliteti dəyişmir. CHP-nin yeni seçilən sədrinin ilk işi Prezident Ərdoğanı tənqid etmək olub. Erdoğan tam demokratik legitimliklə, millətin iradəsi ilə vəzifədədir. CHP isə hələ də demokratiya ilə mübarizəsini davam etdirir”, - deyə Ö.Çelik bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.