Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Qəzzadakı vəziyyəti müzakirə edib, tərəflər tezliklə atəşkəsin vacibliyini vurğulayıblar. Azadmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, "Müzakirə zamanı əsas diqqət Fələstin-İsrail münaqişəsi zonasında mövcud vəziyyətə yönəldilib. Qəzza zolağında davam edən silahlı qarşıdurma ilə bağlı ümumi narahatlıq ifadə olunub. Tezliklə atəşkəsin və zərərçəkmiş mülki əhaliyə təcili yardımın göstərilməsinin zəruriliyi vurğulanıb", - deyə məlumatda bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.