Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Azadmedia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, Qəzza zolağındakı vəziyyətin müzakirə edildiyi və mövcud vəziyyətlə bağlı narahatlığın ifadə olunduğu görüşdə təcili atəşkəsin təmin edilməsi və mülki əhaliyə yardımın çatdırılmasının vacibliyi qeyd olunub.
Qeyd edək ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.