Türkiyə ABŞ-dan heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınmasına dair müraciətə baxılmasının tezliklə başa çatdırılmasını gözləyir. Azadmedia.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
Belə ki, “Biz dəfələrlə bəyan etmişik ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyimizə birbaşa təsir edən məsələlərlə bağlı öz yanlış mövqelərini düzəltmək üçün konkret addımlar atmalıdır. Bununla əlaqədar olaraq, biz bütün səviyyələrdə heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınması və modernləşdirilməsi ilə bağlı müraciətimizə baxılmasının tezliklə başa çatdırılacağına ümid edirik”, - deyə nazir bildirib.
Həmçinin, H.Fidan qeyd edib ki, Ankara qarşılıqlı maraq doğuran bir çox regional və qlobal məsələlərdə ABŞ ilə əməkdaşlığı davam etdirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.