"NATO ilə əməkdaşlıq bizim üçün vacibdir".
Azadmedia.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. Belə ki, o bildirib ki, NATO-nun Kosovadakı sülhməramlı qüvvələri (KFOR) oradakı serb icmasının təhlükəsizliyinin təminatı üçün vacibdir: "NATO Baş katibi bildirdi ki, KFOR Kosovadakı bütün icmaları qoruyur, mən bildirmək istərdim ki, orada hücuma məruz qalan və qorunmağa ehtiyacı olan serblərdir. Təhdidlər və hücumlara həmişə məruz qalanlar serblərdir, albanlar heç vaxt hücuma məruz qalmayıb. 2001, 2004, 2008-ci illərdə və Albin Kurti hakimiyyətə gələndən bəri bu hücumlar var. Mən NATO Baş katibini məlumatlandırdım ki, son illərdə Kosovo və Metoxiyanı 13 faizdən çox serb tərk edib ki, bunun səbəbi də Priştinadakı rejimin serb icmasına qarşı təzyiq və təhdidləri, alçaldıcı siyasətidir. Kollektiv Qərbə görə bu şiddət və zorakılıq deyilsə, mən artıq bilmirəm bu anlayışlar onlar üçün nədir?!"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.