AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Son sammitimiz qlobal problemlərin həllində G20-nin aparıcı rolunu bir daha təsdiqlədi - Erdoğan

  • + A
  • - A
  • 22-11-2023, 20:44

    Son sammitimiz qlobal problemlərin həllində G20-nin aparıcı rolunu bir daha təsdiqlədi -


    Son sammitimiz qlobal problemlərin həllində G20-nin aparıcı rolunu bir daha təsdiqlədi. Bizim də güclü şəkildə dəstəklədiyimiz Afrika Birliyinin daimi üzvlüyü ilə G20-nin təsir dairəsi daha da artdı. Müqəddəs kitabları hədəf alan təxribatların G20 Bəyannaməsində qınanmasını son dərəcə düzgün hesab edirik. Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan G20 qrupunun liderlər toplantısında videokonfrans vasitəsilə çıxışı zamanı deyib.

    Belə ki, dünyadakı mövcud geosiyasi gərginlik, beynəlxalq ticarətdəki proteksionizm meylliliyi, iqlim dəyişikliyi və ekoloji problemlər kimi bir sıra amillər səbəbindən qlobal artımın yavaşlamağa başladığını deyən Erdoğan inkişafın əsas təməllərindən birinin də cəmiyyətin bütün üzvlərini bu mübarizənin bir hissəsinə çevirmək olduğunu bilirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR