Fransanın xarici işlər naziri Ketrin Kolonna İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən fələstinlilərin öldürülməsini pisləyib. Azadmedia.az xəbər verir ki, o, bu barədə Fransa radiosuna müsahibəsində deyib.
Belə ki, “İordan çayının qərb sahilində ekstremist israilli mühacirlər bir neçə yüz fələstinlini öldürüblər. 7 oktyabrdan indiyə qədər 200 nəfər öldürülüb və bu, qəbuledilməzdir. Bu, İsrail kimi demokratik ölkəyə yaraşmaz, biz bunu qınayırıq”, - deyə Kolonna bildirib.
O həmçinin qeyd edib ki, İsrailin zərbələri nəticəsində Qəzza zolağında minlərlə dinc sakin həlak olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.