İsrail hakimiyyəti müvəqqəti atəşkəsdən sonra Qəzza zolağında hərbi əməliyyatları bərpa etmək, Fələstinin HƏMAS radikal təşkilatının hərbi və inzibati potensialının məhvi də daxil olmaqla, qarşıya qoyulan bütün tapşırıqların yerinə yetirilməsinə nail olmaq niyyətindədir.
Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bunları İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.
Belə ki, "Məni düz başa düşmənizi istəyirəm: müharibə davam edir. Qarşıya qoyulan bütün hədəflərə çatana qədər davam edəcəyik: oğurlananların hamısını geri qaytarmaq, HƏMAS-ı məhv etmək və müharibədən bir gün sonra Qəzzaya İsrail vətəndaşları üçün təhlükə yaradan bir qüvvə rəhbərlik etməməsini təmin etmək", - deyə o deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.