AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

KTMT Ermənistanın iştirakının davam etməsində maraqlıdır - Peskov

  • + A
  • - A
  • 23-11-2023, 21:54


    KTMT Ermənistanın iştirakının davam etməsində maraqlıdır -


    Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Minskdə keçirilən sammitində Ermənistan nümayəndələrinin iştirak etməməsinə görə təəssüflənir və ümid edir ki, İrəvan öz xarici siyasətinin vektorunu dəyişməyərək Moskvanın müttəfiqi olaraq qalacaq.
    Azadmedia.az xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

    Belə ki, "Biz bununla bağlı təəssüf hissi keçirə bilərik. KTMT öz işini davam etdirir. Əlbəttə, KTMT Ermənistanın iştirakının davam etməsində maraqlıdır. Ümid edirik ki, Ermənistan öz xarici siyasətinin vektorunu dəyişməz. Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət baxımından bizim müttəfiqimiz, strateji tərəfdaşımız olaraq qalır. Onlarla danışmağa davam edəcəyik”, - deyə Peskov bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR