Estoniya Finlandiyadan nümunə götürərək Rusiya ilə sərhəddəki keçid məntəqəsini bağlamağa tələsmir.
Azadmedia.az xəbər verir ki, bunu Estoniya daxili işlər naziri Lauri Leynemets bildirib.
Belə ki, "Əlbəttə ki, biz sərhəd-keçid məntəqələrini bağlamağa hazırıq, lakin biz bunu təkcə fəallığımızı göstərmək və ya imicimiz naminə etmək fikrində deyilik. Estoniya o qədər də zəif deyil ki, bir həftə ərzində onlarla miqrantın öhdəsindən gələ bilməsin", - deyə nazir söyləyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.