“Ümid edirəm ki, Rusiya ilə Qərb arasında “dəmir pərdə” olmayacaq”.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib. Belə ki, o bildirib ki, Avropa ölkələrinin Rusiya ilə sərhədləri bağlaması “dəmir pərdə”nin əlaməti sayıla bilməz: “Bu barədə danışmaq tezdir. Biz xeyli aqressiv ritorika görürük. Amma ümid edirik ki, “dəmir pərdə” olmayacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.