İsrailin Baş naziri Benyamin Netanyahu ispaniyalı həmkarı Pedro Sançes və Belçikanın Baş naziri Aleksandr De Kroonun Qəzza ilə bağlı fikirlərinə reaksiya verib.
Azadmedia.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Belə ki, Netanyahu hər iki həmkarının İsrailin Qəzzada mülki qırğınları dayandırması ilə bağlı çağırışını və beynəlxalq humanitar hüquqa əməl etmədiyi barədə açıqlamalarını şiddətlə qınayıb.
Həmçinin İsrail xarici işlər naziri Eli Kohen də hər iki ölkə rəsmisini terrora dəstək verməkdə ittiham edib.
Qeyd edək ki, İspaniya və Belçikanın İsraildəki səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.