Böyük Britaniyanın paytaxtı Londonda İsrailə dəstək məqsədilə yürüş keçirilib.
Azadmedia.az AP-yə istinadən xəbər verir ki, yürüşə Britaniyanın keçmiş baş naziri Boris Conson da qatılıb.
Belə ki, Consonla yanaşı yürüşdə Britaniyanın baş ravvini Efraim Mirvis və digər yüksək rütbəli hökumət rəsmiləri iştirak edib. Təşkilatçılar bunu onilliklər ərzində Londonda antisemitizmə qarşı keçirilən ən böyük toplantı kimi qiymətləndiriblər.
Qeyd edək ki, yürüş iştirakçıları İsrail və Britaniya bayraqlarını dalğalandırıb, əllərində “Bir daha heç vaxt” və “Antisemitlərə sıfır tolerantlıq” yazılan lövhələr tutublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.