Ermənistan KTMT-nin müttəfiqi olub və qalır. İrəvanın Minskdəki iclasda iştirak etməməsindən qəti nəticə çıxarmağın mənası yoxdur.
Azadmedia.az xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib.
Belə ki, “Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakterli olub. İstənilən halda bu, müstəqil və suveren dövlətin qərarıdır. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistanın qərarına hörmətlə yanaşır”, - deyə Tasmaqambetov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.