Avropada terror təhlükəsi realdır.
Azadmedia.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Belə ki, "Biz NATO ölkələrinə qarşı birbaşa hərbi hücum təhlükəsi görmürük. Amma daimi təhlükə var - terror hücumları təhlükəsi... Avropada terror təhlükəsi realdır. Biz Yaxın Şərqdəki tərəfdaşlarımızla işləyirik, eləcə də Şimali Afrikadakı İordaniya, Tunisə öz sərhədlərinə daha yaxşı nəzarət etmək və məlumat mübadiləsi aparmaqda kömək edirik”, - deyə baş katib bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.