Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəisi İbrahim Kalın Fələstinin HƏMAS hərəkatının liderləri ilə danışıqlar aparıb. Azadmedia.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Belə ki, “İbrahim Kalın HƏMAS-la 4 görüş keçirib. Görüşlərin biri Dohada, ikisi Ankarada, biri isə İstanbulda baş tutub. Danışıqlar zamanı HƏMAS-dan ilk addım olaraq mülki girovları azad etməsi istənilib. Bu çərçivəsində Qətərdə HƏMAS-ın siyasi bürolarının rəhbərləri ilə şəxsi görüşlər keçirilib.
Ankara öz vətəndaşlarının xilas edilməsi üçün rəsmi müraciətlər göndərən ölkələrdən alınan məlumatları da birbaşa HƏMAS siyasi bürosunun rəhbərlərinə ötürüb. Ankaranın tələbi daxili kommunikasiya kanalları vasitəsilə HƏMAS-ın Qəzzadakı hərbi qanadına çatdırılıb. Azad ediləcək girovlar arasında həm İsrail vətəndaşları, həm də üçüncü ölkə vətəndaşlarının olacağına zəmanət verilib”, - deyə məlumatda qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.