AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: "Ermənistan danışıqlar prosesini ləngitmək üçün sülh müqaviləsinin mətnindən bəhanə kimi istifadə edir"

  • + A
  • - A
  • 28-11-2023, 13:20

    İlham Əliyev: "Ermənistan danışıqlar prosesini ləngitmək üçün sülh müqaviləsinin mətnindən bəhanə kimi istifadə edir"

    Ermənistan danışıqlar prosesini ləngitmək üçün sülh müqaviləsinin mətnindən bəhanə kimi istifadə edir. Bunu Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.

    Bildirilib ki, Ermənistan Azərbaycanın 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərə noyabrın 21-də cavab verib. Beləliklə, Ermənistan cavabını 70 gün gecikdirdi. Yetmiş günlük yubanma bir daha nümayiş etdirir ki, Ermənistan danışıqlar prosesini ləngitmək üçün sülh müqaviləsinin mətnindən bəhanə kimi istifadə edir.

    Həmçinin telefon danışığı zamanı Azərbaycan prezidenti İlham Əliyev qeyd edib ki, ABŞ-ın Azərbaycanla bağlı son bəyanatları və atdığı addımlar Azərbaycan-Amerika münasibətlərinə ciddi ziyan vurub.

    Dövlət başçısı bəyan edib ki, ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayenin 2023-cü il noyabrın 15-də Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi fikirlər qərəzlidir, reallığı əks etdirmir və Azərbaycan tərəfindən rədd edilib.

    Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycanla bağlı ikitərəfli görüşlərin və yüksək səviyyəli təmasların ləğvi və “bizim ikitərəfli əlaqələrimiz əvvəlki kimi ola bilməz” bəyanatını nəzərə aldığı və buna adekvat cavab verdiyi vurğulanıb.

    İlham Əliyev xatırladıb ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 16-da bəyanat yayıb ki, Azərbaycan tərəfi də öz növbəsində ABŞ-dan yüksək səviyyəli səfərləri ləğv edib.

    Dövlət katibi Blinken münasibətləri normallaşdırmaq üçün ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayanın dekabrda Azərbaycana səfərinə icazə istəyib. Prezident İlham Əliyev bir şərtlə bu təkliflə razılaşdı: bu səfərdən sonra Azərbaycanın yüksək rütbəli məmurlarının ABŞ-a səfərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.

    Danışıqlar zamanı tərəflər, həmçinin noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində keçiriləcək dövlət sərhədinin delimitasiyası komissiyalarının növbəti iclası ilə bağlı fikir mübadiləsi aparıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR