AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heç bir müttəfiq Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb - NATO

  • + A
  • - A
  • 28-11-2023, 21:15


    Heç bir müttəfiq Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb -

    "Türkiyenin terrorla bağlı qanuni təhlükəsizlik narahatlıqlarının olduğunu unutmamaq lazımdır".

    Azadmedia.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO qərargahında jurnalistlərə açıqlamasında deyib.

    Belə ki, “Mən bu görüşə qədər İsveçin NATO-ya tamhüquqlu üzvlüyünə ümid edirdim, lakin bu, baş vermədi” deyə bildirən Stoltenberq Prezident Rəcəb Tayyib Ərdoğanın lazımi sənədləri Türkiye Böyük Millət Məclisinə (TBMM) təqdim etdiyini xatırladaraq TBMM-nin təsdiqini də yaxın zamanda gözlədiklərini dilə gətirib.

    Həmçinin Stoltenberq İsveçin NATO üzvlüyünün hamı üçün yaxşı olacağını qeyd edərək deyib:

    "Həmçinin yadda saxlamalıyıq ki, Türkiyenin terrorla bağlı qanuni təhlükəsizlik narahatlıqları var, real terror təhlükəsi ilə mübarizə aparmaq üçün NATO müttəfiqləri ilə daha sıx əməkdaşlıq edir. Heç bir müttəfiq Türkiyedən daha çox terror hücumuna məruz qalmayıb. Ona görə də mən bunu bu mübarizə prosesinin bir hissəsi kimi alqışlayıram. Terrorla mübarizədə atılması lazım gələnləri artırmaq barədə razılıq əldə etdik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR