Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası Qəzzadakı vəziyyəti müzakirə etmək üçün sabah yüksək səviyyəli iclas keçirəcək.
Azadmedia.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vinbin, nazir Van Yinin “İsrail-Fələstin probleminin” müzakirə ediləcəyi iclasa sədrlik etmək üçün sabah Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə gedəcəyini açıqlayıb.
Belə ki, Sözçü Vanq “BMT TŞ-nin hazırkı sədri kimi Çin Qəzzada humanitar böhranı azaltmaq, atəşkəsə nail olmaq və münaqişəyə son qoymaq üçün əlavə addımlar atmaq üçün bütün tərəfləri bir araya gətirməklə konsensus əldə etməyə ümid edir” deyib.
Həmçinin Vanq qeyd edib ki, İsrail və "Həmas" arasındakı münaqişələr ciddi mülki itkilərə və humanitar fəlakətlərə səbəb olub:
“Beynəlxalq ictimaiyyət Qəzzadakı vəziyyəti ciddi narahatlıqla izləyir və BMT Təhlükəsizlik Şurasının beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyətini yerinə yetirməsini gözləyir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.