İsrailin Qəzza zolağında hərbi əməliyyatının məqsədi Fələstin anklavının demilitarizasiyası və deradikallaşdırılmasıdır. Azadmedia.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu bildirib.
Belə ki, "HƏMAS-ı məğlub etdikdən sonra biz iki şeyi etməliyik: birincisi, Qəzzanı demilitarizasiya edirik, ikincisi, Qəzzanı deradikallaşdırırıq. Eyni şey Almaniya, Yaponiya və s. ölkələrdə də edilib", - deyə baş nazir söyləyib.
Bundan başqa o, bildirib ki, girovların azad edilməsi ilə bağlı razılaşmalar yerinə yetirildikdən sonra İsrail HƏMAS-la mübarizəni davam etdirəcək, çünki radikal Fələstin hərəkatı yenidən israillilərin kütləvi qətllərini törətmək niyyətindədir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.