AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı sabah görüş var - Detallar

  • + A
  • - A
  • 29-11-2023, 15:14

    Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası ilə bağlı sabah görüş var - Detallar

    Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mher Qriqoryan noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası məsələsini müzakirə edəcəklər. Azadmedia.az xəbər verir ki, bu barədə Qriqoryanın ofisindən bildirilib.

    Məlumata görə, noyabrın 30-da Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonu arasındakı sərhədlə bağlı görüş keçiriləcək.

    Noyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı sülh prosesini müzakirə etmək üçün sərhəddə görüşməyə dəvət edərək, İrəvanı “daha ​​çox ləngimələrə yol verməməyə” çağırıb. Ermənistan Xarici İşlər Nazirliyi noyabrın 22-də təklifi dəstəkləyib.

    Tərəflər əvvəllər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın iclasının tarixini razılaşdıraraq noyabrın 30-na təyin ediblər.

    Məlumata görə, tərəflər delimitasiya məsələlərini vasitəçilərsiz özləri həll etməyi planlaşdırırlar.

    Rəsmi Bakı sülh müqaviləsinin tezliklə başa çatması üçün Azərbaycanın Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib.

    Yada salaq ki, delimitasiya komissiyası sonuncu dəfə iyul ayında iclas keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR