AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəzəryanı ölkələrin xarici işlər nazirləri dekabrın 5-də Moskvada görüşəcək

  • + A
  • - A
  • 29-11-2023, 15:18

    Xəzəryanı ölkələrin xarici işlər nazirləri dekabrın 5-də Moskvada görüşəcək

    Dekabrın 5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

    “Dekabrın 5-də Moskvada ölkəmizin xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə Xəzəryanı dövlətlərin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır”, - Zaxarova bildirib.

    Diplomat qeyd edib ki, bu formatda Nazirlər Şurasının iclası çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə həmkarları arasında bir sıra ikitərəfli görüşlər planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR