Türkiyə Təhlükəsizlik Şurası bu ilin sonuncu iclasını çərşənbə günü keçirəcək və burada digər aktual məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət, eləcə də Zəngəzur dəhlizi müzakirə olunacaq. Bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.
Beştəpədə keçiriləcək toplantıya prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
Görüş zamanı həmçinin Yaxın Şərqdəki vəziyyət və Fələstinə yardım, Türkiyə ordusunun həyata keçirdiyi antiterror əməliyyatları da müzakirə olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.