HƏMAS-ın İsrailə qarşı hücumu sionist rejim üzərində qələbədir. Azadmedia.az xəbər verir ki, bunu İranın rəhbəri Əli Xamenei yarım-hərbi “Bəsic” qüvvələri ilə bugünkü görüşündə deyib.
Belə ki, “Əqsa tufanı” əməliyyatı İsrailə qarşı olmaqla yanaşı, Amerikanın bölgədən çıxarılmasına da xidmət etdi və davam edərsə, Amerikanın bölgədəki siyasətini tamamilə alt-üst edəcək”, - deyə Xamenei bildirib.
O, həmçinin növbəti dəfə İsrailə qarşı ənənəvi ittihamlarını təkrarlayaraq, bu ölkəyə qarşı başlanan hərəkətlərin dayanmayacağını deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.